Naxçıvan 90 il
  • Ana səhifə
  • Naxçıvan MR
    • Tarixi
    • Təbiəti
    • İqtisadiyyatı
    • Mədəniyyəti
      • Tarixi abidələr
      • Teatrlar
      • Muzeylər
      • Kitabxanalar
      • Turizm
      • Mehmanxana və restoranlar
      • Milli geyimlər
      • Musiqi
      • Xalq çalğı alətləri
      • Milli rəqslər
      • Milli mətbəx
    • Görkəmli şəxsiyyətlər
    • Naxçıvan bu gün
  • Materiallar
    • Kitab və broşürlər
    • Məqalələr
    • Simpozium və konfranslar
  • Qalereya
  • Əlaqə

Naxçıvan Muxtar Respublikası

Rəsmi adı:                              Naxçıvan Muxtar Respublikası

Yarandığı tarix:                     9 fevral 1924-cü il

Paytaxtı:                               Naxçıvan şəhəri

Ərazisi:                                  5502,75 km2

Dövlət dili:                             Azərbaycan dili

Pul vahidi:                             Manat

Əhalisi  (1000 nəfərlə):           435,4 (01.01.2014-cü il)

Milli tərkibi:                            99,6% azərbaycanlı (2009-cu ildə keçirilmiş  əhalinin siyahıyaalınmasına əsasən)

1 km2 düşən əhali (nəfərlə):    79

Kənd əhalisi (min nəfər):         308,2

Şəhər əhalisi (min nəfər):       127,2

Naxçıvanın coğrafi mövqeyi

Naxçıvan Muxtar Respublikası şimalda və şərqdə Ermənistan Respublikası (246 km), qərbdə Türkiyə Respublikası (11 km), cənubda isə İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Muxtar respublikanın Ermənistanla təbii sərhədini, əsasən Zəngəzur və Dərələyəz silsilələrinin suayırıcıları, Türkiyə və İranla sərhədini isə Araz çayı təşkil edir. Ərazisi şimal qərbdən cənub şərqə doğru 158 km məsafədə uzanır. Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmiryol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının 1920-ci ildə sovet rəhbərliyi tərəfindən qanunsuz olaraq Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır.

Copyright © 2014 Design  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi